Zabit Səmədov “sümükqıran”dan qisasını aldı – VİDEO

Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində azərbaycanlı kikboksçu Zabit Səmədov Niderland Krallığını təmsil edən Errol Zimmermanla üz-üzə gəlib.

Yenicag.az xəbər verir ki, revanş qarşılaşması “Mauqli” ləqəbli döyüşçümüzün qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Səmədov 9 il əvvəl Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən K-1 üzrə dünya “qran-pri”sinin finalında “sümükqıran” ləqəbli rəqibinə məğlub olmuşdu.

Yenicag.az