Zabuxda su anbarı nə zaman istifadəyə veriləcək?

Bu il Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı – “Baku Water Week” sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

O bildirib ki, Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub:

“Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir”.

COP29