!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Fərəcov Nizami İsgəndərovla necə anlaşdı?

!Reklam – Yazi

190614 milyonluq xərac bahasına iş adamına məxsus olan “Cavid” Ticarət Mərkəzi sökülmək təhlükəsindən qurtardığı iddia olunur.

Zakir Fərəcov “Cavid” Ticarət Mərkəzinin sökülməməsi əvəzində Nizami İsgəndərova Sumqayıt şəhər bulvarının tikintisi üçün xərclənən vəsaitin əsas hissəsini ödəməyi istəyib. İcra başçısının həmçinin Sumqayıt bulvarının inşası üçün ayrılan 5 milyon manat vəsaiti mənəimsədiyi bildirilir.

Zakir Fərəcov Sumqayıt şəhər icra başçısı təyin edildikdən sonra xələfi Eldar Əzizovun dövründə dövründə tikilən bir çox obyektlərin sökülməsi gündəmə gəldi. Söküləcək obyektlər içərisində isə ən diqqət çəkəni isə Sumqayıt şəhər Sülh küçəsində fəaliyyət göstərən, iş adamı, keçmiş deputat Nizami İsgəndərova məxsus “Cavid” Ticarət Mərkəzi idi.
Ölkə və Sumqayıt ictimaiətinə yaxşı məlumdur ki, Nizami İsgəndərovla şəhərin digər bir oliqarx, iş adamı, Zakir Fərəcovun qudası “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Ağamirzə Əhədov uzun müddətdir bir biri ilə amansız mübarizə içindədirlər. Və bu mübarizədə hər zaman Zakir Fərəcov qudası Ağamirzə Əhədovun yanında yer alıb. İndi isə dövran dəyişib, artıq Zakir Fərəcov Sumqayıt şəhər icra başçısı olub və nüfuzunu demək olar ki, ciddi şəkildə yüksəldib. Məhz Zakir Fərəcovun Sumqayıta icra başçısı təyinatından bir neçə ay sonra Nizami İsgəndərova məxsus “Cavid” Ticarət Mərkəzinin sökülməsinin gündəmə gəlməsi isə olduqca problemli məsələ olaraq görünürdü. Hətta bir neçə dəfə Ticarət Mərkəzinin artıq sökülməyə başlaması ilə bağlı şayiələrdə yayılmışdı və bu şayiələr əslində Nizami İsgəndərov üçün təhlükənin nə qədər böyük olduğunun gösətəricisi olaraq qəbul olunurdu.

Sumqayıtda hər kəs bu ticarət mərkəzinin sökülməsini köhnə ədavətin Ağamirzə Əhədov klanı ilə Zaman İsgəndərov klanı arasındakı mübarizənin davamı kimi görüdülər. Bildirək ki, hazırda Nizami İsgəndərova məxsus “Cavid” Ticarət Mərkəzinin yaxınlığında Ağamirzə Əhədova məxsus daha böyük bir böyük ticarət mərkəzi inşa edilir. Uzun zaman davam edən ədəvətin ən qızğın vaxtında Zakir Fərəcovun Sumqayıtın icra başçısı olması Ağamirzə Əhədovun güclənməsinə gətirib çıxardı və hesab olunurdu ki, artıq Acamirzə Əhədov öz əzəli rəqibini Sumqayıtdan çıxaracaq və Sumqayıt bazarlarının tam hakiminə çevriləcək.

Qeyd edək ki, Zakir Fərəcov təyinatından təxminən 6 ay sonra Sumqayıt şəhərində fəaliyyət göstərən “Dunya TV” Sülh küçəsindəki obyektlərin sökülməsi və köhnə Sumqayıtın bərpa olunması təbliğatı ilə məşğul idi. Heç kəsə sirr deyilki “Dunya TV”-nin bu təbliğatının arxasında şəhər icra hakimiyyəti dayanırdı. Həmin ərəfələrdə aparılan təbliğatlarda Sülh küçəsindəki “Cavid” Ticarət Mərkəzinin sökülərək yerində avtovağzalın tikiləməsi əsas poritet sayılırdı. Ərazidə sahibkarlara məxsus çoxlu sayda obyektdə məhz “Cavid” Ticarət Mərkəzinin güdazına gedirdi. Ən pisi isə söküləcək obyekt sahiblərinə hər hansı bir kompensasiyaının verilməməsi idi. Bu isə yerli sahibkarların ciddi narazılığına səbəb olmuşdu. Hətta böyük bir etiraz aksiyası keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Sülh keçəsində sahibkarların obyektlərinin sökülməsi ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin açıqlamasıda maraqlı idi. İcra hakimiyyəti məsələyə bu cür aydınlıq gətimişdi: “Abadlıq və quruculuq işləri ilə əlaqədar Sumqayıtda sökülən qanunsuz ticarət və xidmət obyektlərinin sahiblərinə kompensasiya verilməyəcək, yenidənqurma işləri müasir tələblərə uyğun davam etdirilir. Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, “Ən ucuz market” adlı Ticarət Mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir. Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil”.

Bundan başqa icra hakimiyyətinin açıqlamsında söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulduğu deyilirdi. Lakin məlum açıqlamadan təxminən 3 ay keçməsinə baxmayaraq, Sülh küçəsindəki ticarət obyektləri sökülmədi. Əlbətdə biz istəməzdik ki, Sumqayıt sahibkarlaırnın min bir əziyyətlə qurduğu obyektlər sökülsün. Çünki Azərbaycan reallığında icra başçılaır dəyişdikcə öz qanunlarını qaydalarını qoyurlar. Zakir Fərəcovun Sülh küçəsindəki yeni yaratmaq istədiyi “qayda qanunu” birbaşa iş adamı Nizami İsgənərovla aralarında yaranmış problemə bağlı idi. Məhz bu problemə görə onlarla sahibkarın obyekti sökülərək yerlə yeksan olunacaqdı. Yəni qurunun oduna bir xeyli yaş da yanacaqdı.

AzFakt.com-a Sumqayıt şəhər icra hakimiyyətindəki mənbənin bu məsələ ilə bağlı verdiyi məlumat isə olduqca ilgincdir. Məlumat mənbəmiz iddia edir ki, Sülh keçəsindəki “Cavid” Ticarət Mərkəzinin sökülməısi məsələsi Zakir Fərəcovla Nizmai İsgəndərovu üz-üzə qoymuşdu. Bu mübarizədə isə hakimiyyətdəki dayaqlarını itiməkdə olan Nizami İsgəndərov uduzmaqda idi.

AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə vəziffətin çıxılmaz olmasını dərk edən Nizami İsgəndərovu Zakir Fərəcovun şərtlərini qəbul etməyə zorlayıb və anlaşmağa qərar verib. Mənbəmiz iddia edir ki, Nizami İsgəndərov hakimiyyətdəki yüksək vəzifəli şəxsin biznesini idarə edən və Zakir Fərəcovla isti münasibətlərə malik bir şəxsin vasitəçiliyi ilə icra başçına minnətçi düşüb. Aparılan danışaqlarda isə Zakir Fərəcov birmənalı şəkildə “Cavid” Ticarət Mərkəzinin sökülməsini israra edib. Ancaq vasitəçinin çoxsaylı xahişi və daha yuxarılara bu məsələni çıxaracığını eyham etdikdən sonra Zakir Fərəcov Nizami İsgəndərov qarşısında şərt qoyub.

Mənbəmiz həmin şərtin detalını belə nəql elədi: “Zakir Fərəcov “Cavid” Ticarət Mərkəzinin sökülməməsi əvəzində Nizami İsgəndərova Sumqayıt şəhər bulvarının tikintisi üçün xərclənən vəsaitin əsas hissəsini ödəməyi istəyib”.

Mənbə bildirir ki, Zakir Fərəcov Sumqayıt bulvarının inşası üçün Nizami İsgəndərovun 4 milyon manat verməsini tələb edib və bu tələb də qarşı tərəfdən qəbul olunub. Çünki “Cavid” Ticarət Mərkəzinin faktiki qiyməti 40-50 milyon manat arasında dəyərləndirilir və “Cavid” Ticarət Mərkəzininsökülməsi İsgəndərovun varidatının əsas hissəsini itirməsi demək olardı.

Mənbə bildirir ki, hazırda inşası gedən Sumqayıt bulvarına Nizami İsgəndərov tərəfindən 4 milyon manat verilib. Bu üzdən də “Cavid” Ticarət Mərkəzinin sökülməməsi təhlükəsi də ortadan qalxıb. Sumqayıt bulvarının inşası üçün ilkin olaraq ayrılan 5 milyon manat vəsaiti isə icra başçısı Zakir Fərəcovun nəqdləşdirərək mənimsədiyi iddia olunur. Bu barədə daha ətraflı ikinci yazımızda.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://youtu.be/N9p9ODkQhEo

www.yenicag.az

1381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv