!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Fərəcovla Adil Vəliyevin topraq savaşı Prezident Aparatına uzanır

!Reklam – Yazi

1393233354_01Bakının Abşeron və Sabunçu rayon İcra Hakimiyyətləri arasında ərazi qarşıdurması yaşanır, bu qarşıdurmadan zərər çəkən vətəndaşlar var. Bu haqda ölkə mətbuatının yazdığına görə, bunu iki icra başçısının çəkişməsindən zərər çəkən vətəndaşlardan biri verib. Məlumata görə, “2-ci Sovxoz” deyilən ərazidə, akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Əkinçilik İnstitunun ətrafında yerləşən torpaqların Abşeron, yoxsa Sabunçu rayonunun ərazisi olduğu üstündə xeyli vaxtdır bu rayonların icra hakimiyyətləri arasında qarşıdurma yaranıb. Lakin bu çəkişmə bitməmiş, ərazinin kimə məxsus olduğu aydınlaşmamış, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov torpaqları satışa çıxarıb.

Daha zirək tərpənən Zakir Fərəcov mübahisəli ərazini İlyas adlı əlaltısı vasitəsilə iki il əvvəl satmağa başlayıb. Özünü qəsəbənin yerli icra nümayəndəsi kimi təqdim edən bu adam iki il əvvəl torpağın 1 sotunu 1500 manata satıb və vətandaşları əmin edib ki, sənədlər yaxın vaxtlarda hazır olacaq, o vaxta qədər nə istəyirlər tiksinlər, heç kim onlara bir söz deyə bilməz. Lakin bəzi tikintilər aparılandan sonra Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ərazidə peyda olublar və aparılan bütün tikintiləri söküb, yerlə bir ediblər. Nəticədə aldadılaraq iki icra başçısının qarşıdurmasının ortasında qalan vətəndaşlara külli miqdarda ziyan dəyib.

Zərərçəkənlər bildirirlər ki, nə onlara dəyən ziyan ödənilir, nə də sənəd verilir: “İlyas bizə deyir ki, gedin haqqınızı Zakir Fərəcovdan tələb edin. Mən sizdən aldığım pulları qəpiyinə kimi ona vermişəm”.

Şikayətçinin dediyinə görə, bu iki il ərzində İlyas onları müxtəlif bəhanələrlə aldadıb: “Əvvəl bizə deyirdi ki, sizin torpaqları çox yüksək vəzifəli bir adam alıb. Sonra dedi ki, iki rayon arasında məhkəmə gedir, bu proses yekunlaşandan sonra hər şey həll olunacaq. Heç biri də olmadı. Əslində, bu vəziyyət İlyasa və Zakir Fərəcova sərf edir. Çünki satılan dövrlə müqayisədə torpağın qiyməti azı 2 dəfə qalxıb. Bir az səs-küy salana iki il əvvəlki qiymətlə pul qaytarılır, torpaq yenidən baha qiymətə satılır. İlyas bir neçə belə əməliyyatı uğurla həyata keçirib. Başa düşmürük ki, bu torpaqlar Abşeron rayonunun ərazisi deyildisə, iki rayon arasında mübahisə var idisə, hansı haqla bu insanları aldadıb əllərindən pullarını alıb, 2 ildir get-gələ salırdılar? Hansı dövrdür?! Prezidentin xalqa xidmət üçün təyin etdiyi başçı – Zakir Fərəcov və onun əlaltıları vətəndaşları aldatmaqla varidat toplayır, heç kim tədbir görmür. Bizə satılan torpaqların sənədləri verilməsə, yaxud dəyən ziyan ödənilməsə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırıq”. (azerinfo.org)

 

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv