!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zakir Həsənov cəbhə xəttinə gedib - FOTO

!Adviad

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Bu barədə Yenicag.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

Əməliyyat şəraiti barədə məruzələri dinləyən müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.

Yenicag.Az

www.yenicag.az

847
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100