Zakir Həsənov Əli Yerlikayaya başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Əli Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Əli Çardakcıya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.

Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.