Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşüb

Reklam: High Technic

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb.

Yeniçağ.Az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər. (azvision.az)

Yenicag.az

www.yenicag.az

523
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100