Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.