Zakir Həsənov: Kəlbəcərdə son döyüş toqquşmalarında Ermənistana xeyli zərər vuruldu

Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarda qarşı tərəfə layiqli cavab verilib.

Yenicag.az xəbər verir ki, bu barədə mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə bildirib.

Müdafiə naziri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib.