Zakir Həsənov NATO-nun toplantısına gedir

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

MN-dən Yenicag.az-a verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik, Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

COP29