!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov ön cəbhədə səngərə getdi

!Reklam – Yazi

senger31476358853Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, düşmən mövqelərini müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.

Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.

Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır.

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv