!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Qazaxıstana gedib

!Reklam – Yazi

0b8f37c382f3d0a6c1593d9a463f833eNoyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək(APA).

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv