Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zakir Həsənov rusiyalı həmkarı ilə görüşdü – Moskvada

erer15Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.(APA)

 

www.yenicag.az

279