Zakir Həsənov şəxsi heyəti təbrik etdi – Seçkilərə görə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə ordunun şəxsi heyətini təbrik edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri bildirib ki, Azərbaycan ordusunun şəxsi heyəti seçkidə- böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.

General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.

COP29