Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tacikistanın paytaxtı Düşəndə şəhərinə yola düşüb.
Yenicag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfərin məqsədi MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının oktyabrın 12-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.