Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.