Zakir Həsənov Türkiyənin yeni müdafiə naziri ilə görüşdü

Türkiyə yeni milli müdafiə naziri ordu generalı Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri çərçivəsində baş tutub.