“Bundan sonra Ermənistanla danışıqlara getmək onların bəyanatlarını qəbul etmək anlamına gəlir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənovun müharibə anonsuna münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazovun fikirncə, Zakir Həsənov müharibə haqqında fikirləri ictimai təzyiqin nəticəsidir:
“Paşinyan o gün açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir yenilik yoxdur. O, Qarabağ Ermənistandır” fikirini təkrarlayaraq, Azərbaycana növbəti dəfə meydan oxudu.
Fikirimcə, bu bəyanatdan sonra Elmar Məmmədyarovun qarşı tərəflə hansısa danşıqlara getməsi Paşinyanın, o cümlədən, Ermənistanın müdafiə və xarici işlər nazirlərinin bu yöndə bəyanatları ilə razılaşmaq anlamına gəlir”.
Zakir Həsənovun müsahibəsinə toxunan Tərlan Eyvazovun sözlərinə görə, müdafiə naziri son dərəcə diplomatik tərzdə danışıb:
“Zakir Həsənov fikirlərini daha dəqiq və daha kəskin deyə bilərdi. Düşünürəm ki, təkcə Zakir Həsənov tərəfindən yox, daha yüksək səviyyədə ermənilərə cavab verilməlidir.
ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların qarşısında konkret tələb qoyulmalıdır. Bu günə qədər haradasa Madird və Kazan prinsipləri üzərində razılıqlar əldə edilib.
Ancaq erməni tərəfi son vaxtlar həmin razılaşmalara da məhəl qoymur və “Qarabağ Ermənistandır” fikirini təkrar-təkrar səsləndirir. 25 ildir, davam erdən danışıqların nəticəsiz qalması ilə bağlı həmin beynəlxalq təşkilatlardan hesab istənilməlidir”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpası müharibədən keçir:
“Azərbaycanın ərazi bütövlüyünün bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığı bir vaxtda Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatlara görə vasitəçilər qarşısında qəti tələblər qoyulmalıdır.
Siz də görürsünüz ki, Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatlar heç bir beynəlxalq təşkilat tərəfindən pislənilmir. Ona görə də, danışıqlar nəticə vermədiyi üçün müharibəyə başlamağımız qaçılmazdır”.
Səxavət Məmməd