Zakir Qaralov FETÖ-dən danışdı: “İşlər davam etdirilir”

prokurorluq13“Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlərimiz davam etdirilir”.

Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi bununla bağlı Türkiyədə ezamiyyətdə olub: “O yenə də Türkiyədə ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir”.