!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Qaralov türkiyəli nazirlə görüşdü

!Reklam – Yazi

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edildiyi, hər iki qardaş ölkənin dövlət başçılarının ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Əbdülhəmid Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirməklə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, qonaq tərəfindən bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

www.yenicag.az

1286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv