Zakir Qaralovdan yeni prokuror təyinatı

05a550e1c2cc66e9e51b5f7de53d79a7Abşeron rayonuna yeni prokuror təyin olunub.

Yenicag.az Trendə istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.