Zakir Qaralovun ölkədən çıxışına “stop” qoyulması xəbərinə REAKSİYA

Sabiq Baş prokuror Zakir Qaralovun ölkədən çıxışına “stop” qoyulmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir.