Zaman keçdikcə adiləşən utancverici vərdişlər – FOTO

Elm adamlarının apardığı araşdırmalara əsasən, sakitləşmək üçün dedi-qodu edilməli, ağıllı olmaq üçün çox şey unudulmalıdır.

Cəmiyyət həqiqi mənada rifah və hormonal səviyyələri yaxşılaşdıran hadisələri son dərəcə mənfi qiymətləndirir. Məsələn: filmə baxarkən ağlamaq, dedi-qodu etmək, hər şeyi mütəmadi olaraq unutmaq vəs.

Yenicag.az zaman keçdikcə adiləşən bəzi utanverici vərdişləri təqdim edirik:

1. Film seyr edərkən ağlamaq

Filmdə təsiredici səhnə olduqda kövrəlməmək qeyri-mümkündür. Film seyr edərkən ağlayan bir insan əsl duyğular yaşayır. Bəzən isə filmə baxarkən, gülmək və ya bir anda qışqırmaq, qorxmaq hisləri də yaşayır insanlar. Ancaq fakt budur ki, filmin real olmadığını hamımız bilirik. Amma bu hislərin yaşanması müsbət haldır, empati qurmaq bacarığının var olması deməkdir.

Tədqiqatlar göstərir ki, hissiyatlı videoları izləyərkən insan orqanizmində oksitosin hormonu artır. Məhz bu, empatiyanın fizioloji təzahürüdür. Və bu da insanları sözün həqiqi mənasında daha yaxşı biri edir: daha səxavətli, qayğıkeş və şəfqətli.

2. Çılğın hərəkətlər ilə başqalarını qorxutmaq

Çılğın hərəkətlər, ani partlayışlar qeyri-sabit bir sinir sisteminin əlaməti hesab olunur. Çılğınlıq əslində müsbət xüsusiyyətdir. Bu xüsusiyyət emosional tarazlığı qorumağa və əsəb gərginliyindən qaçınmağa kömək edir. Bundan əlavə, emosional, əsəbi insanlar incikliyi gizlətməyə meylli deyillər.

3. Sakit otura bilməmək

Məktəb də elə bir sinif yoxdur ki, orada gündə 10 dəfə “tərpənmə” deyilməsin. Sakit oturmağı bacarmayan, narahat insanlar ənənəvi olaraq diqqətsiz və əsəbi hesab olunurlar. Hətta “narahat” sözünə səbir etməyən, işləri sona çatdıra bilməyən insan deyilir.

Araşdırmalar nəticəsində isə orta və yüksək səviyyədə narahatlıq keçirilməsinin insanların ölüm riskinin 30% azalmasına səbəb olduğu məlum olub.

Məlumata görə, həddindən artıq narahatlıq keçirmək gündə 350 kalori yandırmağa kömək edir.

4. Daim nəyisə unutmaq

Əvvəllər pis yaddaş zəif zəkanın əlaməti salılırdı. Lakin elm adamlarının yeni araşdırması isə bu fikri təkzib edib və unutqanlığın mükəmmək zehni qabiliyyətlərlə sıx bağlı olduğunu sübut edib.

Elm adamları hətta yaddaşı təmizləməyi tövsiyə edir.. Bunun üçün, məsələn, idman zalına gedə bilərsiniz.

Tədqiqat müəllifi Bleyk Richards qeyd edib ki, məşq hippokampusdakı neyronların sayını artırır. Yeni neyron beyindən lazım olmayan bəzi məlumatları silir. Bu, yalnız yeni və dəyərli məlumatlar üçün yer açmayacaq, həm də mövcud məlumatları yenidən təsnifləşdirəcəkdir ki, gələcəkdə qərar verməyə kömək etsin.

5. Daim qiybət etmək

Qiybətə meyillilik ümumiyyətlə pislənsə də, böyük qruplarda əməkdaşlıq üçün son dərəcə vacib xüsusiyyət sayılır. Dedi-qodu etmək arzusu ünsiyyət qurmağı öyrəndikdən bəri bir insanda var. Şəxsiyyət və Sosial Psixologiya Bülletenində aparılan araşdırmalara görə, dedi-qodular bizə özümüz haqqında daha çox məlumatlı olmağı,  yaşamağı və özümüzü təhlükələrdən qorumağı öyrənməyə kömək edir.

Dedi-qodunun bir fizioloji faydası da var. Miçiqan Universitetinin araşdırmalarına əsasən, dedi-qodu, stres və narahatlığı azaldacaq bir hormon olan progesteronu artırır.

6.  İş yerində yatmaq

İş saatında yatmaq heç bir rəhbərliyin xoşuna gəlməz. Lakin araşdırmalar göstərir ki, 40% insan üçün gündüz yuxusu çox önəmlidir. Belə ki, bu insanlar gündüz yatmadıqlarında iş əmsalları aşağı düşür. Çünki bu insanlar gündüz yatmadıqda yaxşı işləyə bilməyəcək və ya ayıq düşünə bilməyəcəklər.

Milli Yuxu Fondunun araşdırmaları göstərir ki, 15 ilə 90 dəqiqəlik bir fasilə beyinin işini yaxşılaşdıra bilər. “Bəzi insanlar üçün bu, gecə yuxusu qədər faydalıdır”, – Tədqiqatda deyilir.

Gündüz yuxu stressi azaltmaq və gücü artırmaqla yanaşı, ürək-damar xəstəliklərini də azalda bilər. Əsas odur ki, dərin yuxuya getməyin, sadəcə mürgüləyin. Çünki əvvəlkindən daha çox yorğun  oyana bilərsiniz.

Xarici ölkələrdə qısa istirahətin faydaları bəzi şirkət və universitetlər tərəfindən qəbul edilib. Rahat və qısamüddətli yuxu təmin edilməsi üçün xüsusi stullar və ya yataqlar quraşdırılıb.

7. Xəyal qurmaq

Xəyalpərəst insanlar astagəl, tənbəl və ya sadəcə bacarıqsız sayılırlar. Bu fikir də yanlışdır.

British Kolumbia Universitetinin apardığı araşdırmaya əsasən, xüsusilə mürəkkəb problemlərin həllində xəyalpərəst beyin daha çox aktivdir. Tədqiqatın aparıcı müəllifi Kalina Kristoff qeyd edib ki, xəyal etdiyiniz zaman dərhal hədəfinizə çata bilməzsiniz, ancaq ağlınız karyera inkişafı və ya münasibətlər kimi daha vacib məsələlərin həllinə diqqət yetirə bilər.

Beləliklə məlum olur ki, ətrafdakıların bəyənmədiyi, qəbul etmədiyi vərdişlər sizə çox müsbət təsir bağışlaya bilər.

COP29