“Erməni soyqırımı yoxdur demək ədalətsizlikdir” deyərək, erməni xislətini göstərən Türkiyə baş nazirinin məsləhətçisi Etyen Mahçupyanın işdən çıxarılmasına köhnə iş yerindən-“Zaman”dan etiraz gəldi.
Gülənin rəsmi orqanı olan “Zaman” köhnə yazarının “soyqırım” sözünü işlətdiyi üçün çıxarıldığını bildirdi. Eyni zamanda qəzet qeyd etdi ki, “Zaman”ın köhnə yazarı Mahçupyanın rüşvətxorluqla bağlı açıqlamaları da AKP-də narahatlıq yaradıb.
Erməni yazarın türk xalqı əleyhinə dediyi sözlərə heç bir münasibət bildirməyən qəzetin Mahçupyanı “Erməni soyqırımı var” dediyi üçün işsiz qaldığına diqqət çəkməsi “Agos”dan daha artıq erməniçilik etdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, “Zaman” qəzeti 19 yanvarda ermənilərin Türkiyəyə qarşı “Soyqırımı tanı” aksiyasına da ciddi dəstək vermişdi.
Xatırladaq ki, bu qəzet Azərbaycanda da fəaliyyət göstərir.
Yenicag.az