Zamiq yeni ilin ilk konsertinə imza atacaq – FOTO

Müğənni Zamiq Hüseynov Gəncə şəhərində konsert verməyə hazırlaşır.

Sənətçinin musiqili gecəsi gələn ilin 2 fevral tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Gənclər gününə həsr olunmuş solo konsert “İcazə ver” adlanır. Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.