“Zamirə ilə açıq söhbət” – “Space”də yeni layihə

“Space” TV-nin efirində yeni layihə. Verilişdə tanınmiş, cəmiyyətdə mövqeyi olan, sayılıb-seçilən, maraqlı və fərqli insanlarla açıq söhbət nəzərdə tutulub.

Layihədə normal həyatda baş verənlərdən, bu günümüz və dünənimizdən, sevgidən, sevgisizlikdən, həmsöhbətlərin həyata baxışından, yanlış ve doğrulardan danışılacaq, mövzulara fərqli baxış, maraqlı fikirlər, kreativ yanaşmalar sərgilənəcək. Bu da qonaqların nə qədər səmimi, dürüst ve komplekssiz olmasından asılıdır. Düşünürük söylədikləri fikirlərin, verdikləri məsləhətlərin gənclərə, ümumiyyətlə cəmiyyətə bir faydası olacaq. Qəhrəmanları yanlışları və dogrularıyla göstərməyə çalışacağıq.

Hər halda maraqlı insanların maraqlı fikirlər söyləyəcəklərinə, bəsit düşüncələrinin olmadığına güvənərəkdən bu yola çıxdıq.

Verilişin ilk 3 sayı çəkilib – millət vəkili, yazıçı Aqil Abbas, xalq artisti, aktyor Rasim Balayev, tibb elmləri namizədi, alim Rəşid Mahmudov.

Veriliş həftənin cümə günü saat 23.00da efirə gedəcək.

Verilişin ilk təqdimatı – 16 aprel, saat 23.00