Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisində güclü partlayış baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Rosenerqoatom” şirkətinin baş direktorunun müşaviri Renat Karçaa məlumat verib.
Onun sözlərinə görə, zərbə nəticəsində AES-in dördüncü enerji blokunun turbin zalında şüşə sınıb. O, partlayışlarda Ukrayna pilotsuz təyyarələrinin iştirak etdiyini bildirib.