Zaqatalada şəlaləyə gedən və itkin düşən Bakı şəhər sakinlərindən xəbər var.
Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan iki nəfərin olduqları yer müəyyən olunub:
“Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir”.