!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatala sakini bədbəxt hadisə nəticəsində öldü

!Reklam – Yazi

Zaqatalada 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Fındıqlı kəndində baş verib.

Kənd sakini, 1974-cü il təvəllüdlü Əziz Hafiz oğlu Osmanov səhər saatlarında yaşadığı ünvanda mühərrikli elektrik çarxı ilə balta itiləyən zaman daş iki hissəyə parçalanıb. Çarxdan çıxan daş parçalarından biri sürətlə Əziz Osmanovun başına dəyib. Nəticədə ağır açıq kəllə-beyin travması alan Əziz Osmanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Əziz Osmanov səhər saat 10 radələrində xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq Əziz Osmanov saat 16 radələrində aldığı ağır kəllə-beyin xəsarətindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv