Zaqatala sakini özünü asıb

1417156935_intihar-esas-sadeZaqatalada intihar hadisəsi baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən  verilən məlumata görə, Masex kənd sakini, 1972-ci il təvəllüdlü Nuru Məmməd oğlu Ramazanov ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılmış vəziyyətdə aşkarlanıb.

Ailəli və bir övlad atası olan N. Ramazanovun hansı səbəbdən intihar etdiyi dəqiq məlum olmasa da, son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.