Zaqatala sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.