Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az FHN-ə xəbər verir ki, ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə, qapısı və içərisində 1 ədəd televizor yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.