Reklam

Reklam

Zaqatalada 6 otaqlı yaşayış evində yanğın olub. 

Yenicag.az-a daxil olan məlumata görə, yanğın hadisəsi axşam saatlarında rayonun Mosul kəndində Süleyman Məmmədova məxsus, ümumi sahəsi 156 kv/m olan 6 otaqlı birmərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyü və tavanının 32 kv/m-lik sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."