Zaqatalada avtomobil yandı

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Qımır kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun 6 ədəd arxa təkərləri və 2 m2 sahədə çadır örtüyü yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.