!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada avtoxuliqanlıq edən tutuldu - FOTO

!Reklam – Yazi

Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub. 

Yenicag.az xəbər verir ki, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən “VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən “saxla” əmri verilib.

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimov inzibati qaydada 40 sutkalıq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

www.yenicag.az

2891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv