Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən Yenicag.az-a bildirilib ki, 04.11.2024-cü il tarixində saat 12.30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1992-ci il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Digər xəsarət alanlara isə tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”,- qurumdan əlavə edilib.