Zaqatalada bədbəxt hadisə: Kəsdiyi ağacın altında qalaraq öldü
Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Danaçıkəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Report/