!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışı davam etdirilir - FHN

!Reklam – Yazi

Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək. Əlavə məlumat veriləcək.

www.yenicag.az

1133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv