Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı – YENİLƏNDİ 2

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir./Report/

***07.05.24 // 23:14

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

Yenicag.az xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 25 nəfərdən artıq şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

***20:48

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

Yenicag.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb./Report/