Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti açıqlanıb

Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 15-i uşaqdır.
“Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”, – məlumatda deyilir.

COP29