Zaqatalada əməliyyat: dini yığıncaq aşkarlandı,saxlanananlar var

e899ecf0ddf9730bc01505742d447cedZaqatala rayonunda dini yığıncaq aşkarlanıb.

Yenicag.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala RPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.