Zaqatalada güclü yağışlar selə səbəb oldu – VİDEO

Zaqatalaya yağan güclü yağış bir kəndi selə qərq edib.

Yenicag.az xəbər verir ki, təbii hadisə rayonun Yolayrıcı kəndində baş verib.

Normadan artıq yağıntı nəticəsində kənddə avtomobil yolu və həyətyanı evləri sel suları basıb.

Hazırda selin fəsadları aradan qaldırılır./Report/