!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada iki avtomobil toqquşdu

!Reklam – Yazi

загруженное (17)Zaqatalada baş verən yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb.

Hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 134-cü kilometrliyində qeydə alınıb. Zaqatala rayon sakini, 1980-cı il təvəllüdlü Məmmədov Telman Sabir oğlunun idarə etdiyi 62 BF 113 dövlət nömrə nişanlı, “VAZ-21102” markalı avtomobil Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon sakini Məmmədov Etibar Məhəmməd oğlunun idarə etdiyi “Toyota-Prado” markalı 90 EM 222 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə “VAZ-21102” markalı avtomobilin sürücüsü Telman Məmmədov və avtomobildə olan digər sərnişinlər – T. Məmmədovun valideynləri, 1957-ci il təvəllüdlü Məmmədov Sabir Abdurahman oğlu və 1958-ci il təvəllüdlü Məmmədova Zərqələm aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv