Zaqatala baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə fevralın 10-da axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Tala kənd sakini, 1954-cü il təvəllüdlü Nəsrullah Soltan oğlu Osmanovun idarə etdiyi “VAZ-2106” markalı 62 BG 461 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini Qalib İbrahim oğlu Xəlilovun idarə etdiyi “VAZ-21099” markalı 62 BH 817 dövlət nömrə nişanlı avtomobil Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Nəsrullah Ocmanov və digər avtomobildə olan sərnişin, rayonun Donbabinə kənd sakini, 1990-cı il təvəllüdlü Gülxar Həsən qızı Xəlilova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Gülxar Xəlilovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində, Nəsrullah Osmanovun müalicəsi isə cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.