Zaqatalada ikimərtəbəli ev külə döndü

Zaqatalada yanğın olub.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yuxarı Çardaxlar kəndində ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.