Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilərlə koronavirusla mübarizə məqsədilə həyata keçirilən tədbirlər, tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır.
Yaşlı insanlarla profilaktik söhbətlər aparılır, onlara çölə çıxmağın qadağan olunduğu bir daha izah olunur.