Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Zaqatalada minik avtomobili yanıb

6517118bec356426161fc482f435fee8Zaqatalada minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, yanğın hadisəsi dekabrın 28-də axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Bayram İlham oğlu Vəliyev idarə etdiyi “VAZ-2109” markalı 10 CT 668 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən maşında qəfildən alovlanma başlayıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları tam yanıb, maşın yararsız hala düşüb. Yanğın zamanı sürücü Bayram Vəliyev xəsarət almayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır(apa).

www.yenicag.az

243