Zaqatalada “Opel” yandı

Zaqatalada yanğın qeydə alınıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, rayonun Aşağı Tala kəndində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.