Zaqatalada qurutma sexində yanğın

Zaqatalada yanğın qeydə alınıb.

Yenicag.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, rayonun Aşağı Tala kəndində ümumi sahəsi 220 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış 8 ton fındığın 100 kiloqramı yanıb.

Fındığın qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.