Zaqatalada restoran yandı

Zaqatalada restoran yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Tala kəndində ümumi sahəsi 200 m² olan tikilinin (restoran kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Tiklinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.